Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram

0

  •                         Daim xatirələrimizdə, qəlbimizdə yaşayacaq Vətənin
    mərd oğullarından biri də Elnur Məmmədovdur. Onun 2016-cı ildə Aprel döyüşlərində
    göstərdiyi şücaətini “Xocalının səsi” qəzetində işıqlandırmışdıq. Hərbçimizin
    sağlığında döyüş yolu haqqında yazdığımız üçün mənəvi rahatlıq tapırıq. Ancaq
    indi Elnur Məmmədovun şəhadəti haqqında dərin hüzn, eyni zamanda qürur hissi
    ilə yazırıq.Məmmədov Elnur Xurşud oğlu 1982-ci il oktyabrın
    21-də Gəncə şəhərində anadan olmuşdur. Elnur 3 yaşında olarkən ailəsi Ağdama
    köçmüşdür. O, 1990-cı ildə Ağdam rayon 1 nömrəli orta məktəbə getmişdir.
    1993-cü ildə Ağdam rayonu işğal olunduqdan sonra Məmmədovlar ailəsi yenidən Gəncə
    şəhərində məskunlaşıb. Elnur həmin il Gəncə şəhəri 16 nömrəli tam orta məktəbdə
    təhsilini davam etdirib. 2000-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil
    alıb. 2004-cü ildə həmin texnikumu bitirdikdən sonra ordu sıralarına xidmətə
    getmişdir. 2005-ci ildə xərbi xidməti bitirmişdir. 2005-2014-cü illər ərzində Gəncə
    şəhərində çörəkçi işləyib. 2014-cü il iyul ayının 15-dən Göygöl rayonunun
    Toğanalı kəndində yerləşən “N” saylı hərbi hissənin taborlarından birinin
    tağımında manqa komandiri vəzifəsində işləyib. Xocalı rayon Kosalar kənd İƏD-si
    üzrə nümayəndəliyin qeydiyyatındadır.

    2016-cı il Aprel döyüşlərində Elnur Məmmədov
    igidliklə iştirak etmişdir. Aprelin ayının 3-dən 9-nadək Goranboy rayon
    Tapqaraqoyunlu kəndi istiqamətində gedən uğurlu döyüş əməliyyatlarında iştirak
    etdiyinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif
    edilmişdir.

    Elnur Məmmədov döyüş əmrini səbrsizliklə gözləyən hərbçi
    idi. Həmişə müharibənin başlanmasını arzulayardı. Ordumuzun gücündən, döyüşlərə
    hazırlığından fəxr hissi ilə danışardı. Ali Baş Komandanımızın əmri ilə az bir
    müddətdə torpaqlarımızı işğaldan azad edə bilərik deyirdi.

    Vətən Müharibəsi zamanı hərbi vəzifəsini yerinə
    yetirərkən Elnur Məmmədov oktyabrın 26-da həlak olmuşdur. Elnurun adı indi xalqımız üçün müqəddəs
    olan şəhidlərimizin sırasındadır.   

    Elnuru tanıyanlar onun haqqında xoş xatirələrini
    bölüşürlər. O, sakit təbiətli, mehriban, vətənpərvər gənclərimizdən biri idi.
    Elnur kimi qeyrətli Vətən oğulları heç bir zaman unudulmur. 

    Ailəli idi. İki oğlu - Vahid, Yusif Vətənə əmanət
    qalıb.

    Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
    qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan
    Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər
    Məmmədov Elnur Xurşud oğlu Azərbaycan Respublikasının ərazi
    bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və
    hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə
    yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" və Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Məmmədov Elnur Xurşud oğlu ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif
    edilmişdir.

    Ruhu şad olsun!Qalib BƏYMƏMMƏDOĞLU,Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib47 dəfə
    Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram

    Maraqlı gələ bilər
    54
    44
    52
    52
    44